XƏBƏRLƏR

“ADU-75 il kuboku” adlı intellektual yarış keçirilib

17 may, 2024

Azərbaycan Dillər Universitetində Tələbə Həmkarlar İttifaqının təşəbbüsü ilə universitetin tarixi və Yaşıl dünya həmrəylik ilinə həsr olunmuş “ADU-75 il kuboku” adlı intellektual yarış keçirilib.

Öncə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, sonra isə Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Zəhra Hüseynovanın çıxış ediblər.

Yarışın sualları ADU-nun Beynəlxalq münasibətlər və Regioşünaslıq fakültəsinin aktiv tələbələri Məhdi Əmirov, Fərid Hacızadə və Mətin Fətizadə tərəfindən tərtib edilib.

İştirak edən iştirakçılara sertifikat, yer tutan iştirakçılara isə müvafiq hədiyyələr, medallar və ən əsası kubok təqdim olunub.

Yarışda 1-ci yerə “Kreativ ad”, 2-ci yerə “Nirvana”, 3-cü yerə isə “Xalxın uşaqları” komandaları layiq görülüblər.