XƏBƏRLƏR

ADU-nun əməkdaşları Cocuq Mərcanlı kəndinə səfər ediblər

16 may, 2024

Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Əlavə təhsil, təcrübə və karyera şöbəsi Cəbrayıl rayonunun yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər ediblər. Burada onlar Cocuq-Mərcanlı kənd tam orta məktəbində olublar.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin bir qrup tələbələri təhsil alan şagirdlərlə yaxından tanış olublar. Məktəbdə olduqıarı müddət ərzində onlar üçün intellektual yarış, danışıq (conversation) dərsi, rəsm təlimi və bir neçə tədbirlər təşkil ediblər.

Keçirilən intellektual yarışın sonunda isə qalib şagirdlər mükafatlandırılıb.

ADU THİK nəzdində fəaliyyət göstərən Musiqi klubunun sədri Nərgiz Səfərli və Musiqi klubunun sədr müavini Məhərrəm İsmayılov “Xudayar təsnifi” mahnısını ifa ediblər.