XƏBƏRLƏR

“Yaşıl dünya tələbələrin gözü ilə- fotosərgi və tələbələrin əl işləri” adlı tədbir keçirilib

16 may, 2024

Azərbaycan Dillər Universitetində (ADU)  Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdir müavini f.f.d,b/m Ülviyyə Əhmədovanın təşkilatçılığı və  həmin fakültənin II kurs 207b qrup tələbələrinin iştirakı ilə “Yaşıl dünya tələbələrin gözü ilə- fotosərgi və tələbələrin əl işləri” adlı tədbir keçirilib.

Tədbirdə kafedranın əməkdaşları- dos. Lalə Əsədova, dos. Sevinc Tağıyeva, b/m Mülayim Bağırova, f.f.d. Jalə Məmmədova, Günay Ağayeva iştirak ediblər.

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən tədbirdə 207b qrupun tələbəsi Nərmin Yarməmmədova mövzu ilə bağlı ingilis dilində məlumat verib.

 Ülviyyə Əhmədova “Yaşıl dünya naminə həmrəylik ili’nin yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasından danışaraq, gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini qeyd edib.

Sonra tədbir iştirakçıları tələbələrin əl işləri ilə tanış olublar.

Tələbələr-  Ləman İsmayıllı 8 kətan tablo,  Fidan Şahvələdova 7 kətan tablo, 20 quaşlı rəsm, Aysu  Həsənli COP-29 ilə əlaqədar 15 foto şəkil, Ləman Novruzova 20 ədəd gül toxuyaraq sərgidə iştirak ediblər.

Tədbirin bədii hissəsində Ləman İsmayıllının gitarada müşayəti ilə tələbələr müxtəlif dillərdə mahnılar oxuyub.