“Autizm hökm deyil” adlı tədbir keçirilib
16 may, 2024

Azərbaycan Dillər Universitetində Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalovanın təşkilatçılığı ilə “Autizm hökm deyil” adlı tədbir keçirilib.
Tədbirdə rektorun müşaviri A.Osmanlı, Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova, Magistratura şöbəsinin müdiri dos.F.Rzayeva, dos.G.İsrafilova və Pedaqogika kafedrasının müəllimi K.İbadova və Korreksiyaedici təlim, İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbirdə autizmlə bağlı təqdimatlar və faktlar, cəmiyyətin autizmli insanlara təsiri barədə canlı nümunələr nümayiş etdirilib. Həmçinin, real həyat situasiyaları və onların həlli yolları ilə bağlı məlumatlar verilib, autizmli məşhurlar haqqında faktlar səsləndirilib.

















