XƏBƏRLƏR

ADU-da ödənişsiz diaqnostika aparılacaq

15 may, 2024

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə 10-16 May "Beynəlxalq Məhdudiyyətlilər Həftəsi" çərçivəsində ölkənin ən yaxşı təminatlı və maddi-texniki, kadr bazası güclü olan 10 inkişaf-reabilitasiya mərkəzi və 16 peşəkar, təcrübəli mütəxəssisi ilə birlikdə ödənişsiz diaqnostikanın aparılacaq.

 Diaqnostikada bütün yaş qruplarından olan sağlamlıq imkanları məhdud, yaxud risk qrupuna daxil şəxslər iştirak edə bilər.

 Öncədən qeydiyyat mütləqdir!

Qeyd edək ki, "Dünya Məhdudiyyətlilər Həftəsi" BMT-nin 1992-ci ildə qəbul edilmiş qərarına əsasən qeyd olunur, cəmiyyətin diqqətini SİM şəxslərə yönəltmək, cəmiyyətdə onlara qarşı tolerant, ədalətli münasibət formalaşdırmaq məqsədi daşıyır.