“Ekoloji sağlamlıq Heydər Əliyev siyasətinin əsas prioritetlərindən biri kimi” adlı esse müsabiqəsi keçirilib
Azərbaycan Dillər Universitetinin Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası tərəfindən Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə “Ekoloji sağlamlıq Heydər Əliyev siyasətinin əsas prioritetlərindən biri kimi” adlı esse müsabiqəsi keçirilib.
Keçirilən müsabiqə Filologiya, Təhsil 1 və Təhsil 2 fakültələrinin 3-cü və 4-cü kurs bakalavr tələbələri arasında təşkil olunub.
Müsabiqəni giriş sözü ilə kafedra müdiri dos. Sevinc Hüseynova açıb. Esse yazmaqla bağlı olan şərtlər tələbələrə
Müsabiqə şərtlərinə uyğun olaraq, hər biri tələbəyə ingilis dilində 2 mövzu təqdim olunub. Onlardan istənilən biri haqqında maksimum 250 sözdən ibarət esse yazmaq tapşırılıb.
Bildirilib ki, müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutan namizədlər pul mükafatı ilə mükafatlanacaq, xüsusi fərqlənən digər tələbələr isə sertifikatla təltif olunacaqlar.