ADU-nun tələbələri tərəfindən Ümummilli liderin 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin Nizami rayonunda yerləşən şəhid Vüqar Sadıqov adına 214 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan 422A, 424A və 424B qrup tələbələri tərəfindən, 10 May Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.Öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dəyirmi masada universitetin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nuriyyə Əliyeva, kitabxana müdiri Laçın Qurbanova, Uşaq Birliyi Təşkilatı rəhbəri Natavan Əlizadə, kitabxanaçı Mehriban Əliyeva və məktəbin şagirdləri iştirak ediblər.Dəyirmi masa metodist Nuriyyə Əliyevanın açlış nitqi ilə başlayıb. Tələbə Aida Qasanova təhsil sahəsinin inkişafında Ulu Öndər Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışıb.Daha sonra şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.