XƏBƏRLƏR

“Heydər Əliyev və ekologiya” siyasəti adlı tədbir keçirilib

13 may, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil-2 fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və ekologiya” siyasəti adlı  tədbir keçirilib.

Tədbirin moderatoru kafedranın b/m K.Kərimova ulu öndərin 101-ci ildönümünün, ölkə prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü ildə imzaladığı sərəncama əsasən, 2024-cü ilin Azərbaycanda Yaşıl Dünya naminə Həmrəylik ili elan olunduğu və BMT-nin İqlim Dəyişimləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP 29 kimi mötəbər bir tədbirə ölkəmizin paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyi bir ilə təsadüf etdiyini qeyd edib. O, məhz, hər iki hadisəni əsas götürərək, tədbir yeni Azərbaycanın qurucusu Heydər Əliyevin ekologiya siyasətinə həsr olunduğunu qeyd edib.

Tədbirdə rektorunun məsləhətçisi Anar Osmanlı, fakültə dekanı dos. Salman Nuriyev, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.e.d., professor Gülnarə Sadıxova, Pedaqogika kafedrasının müdiri, f.f.d., dosent Nigar Zeynalova, fakültə elmi cəmiyyətinin sədri Nigar Əliyeva fransız dili müəllimləri və fransız dili ixtisasında təhsil alan tələbələr iştirak ediblər.

Çıxışların “Heydər Əliyevin ekoloji siyasəti”, “Azərbaycan təbiəti və ekologiyası Azərbaycan ədəbiyyatında”, “Azərbaycan coğrafiyası UNESKO-nun maddi-mədəni irsi siyahısında” adlı üç əsas istiqamətdə olduğu bildirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər fondunun “Qırmızı kitaba düşmə təhlükəsi” layihəsi çərçivəsində hazırlanan, “Ekoman” video roliki nümayiş olunub.

Təhsil-2 fakültəsinin III kurs tələbələri İ.Nəzrin, S.Tamara, A.Fizzə, B.Zəhraxanım, M.Fatimə, II kurs tələbəsi H.Xanım, I kurs tələbələri A.Mələk və H.Mahal “Azərbaycan”, “Ceyran”, “Təbiət ilhama çağırır məni” (S.Vurğun), “Muğanın şikayəti” (M.Araz), “Ölkəm” (C.Cabbarlı), “İnsanlar qoruyaq təbiəti biz” (Rafiq Oday), “Təbiət düşünür” (H.Arif) şerlərini və təbiətə həsr olunmuş mahnılar  ifa ediblər.

 

 Bakının müxtəlif musiqi məktəblərindən dəvət olunan qonaqlar, Abdüləzizov Rövşən (tarda), Hacılı Etibar (kamançada), Məhəmməd Əliyevin (nağara) müşayəti ilə  muğam ifaçısı Elnur Cəfərovun ifası dinlənilib.

Xanəndə Elnur Cəfərov Şur muğamını və Xudayar təsnifini səsləndirib. Həmçinin, o, tələbələrlə birgə Qarabağ  mahnısını da oxuyub.

 Yekunda çıxış edən rektorun müşaviri Anar Osmanlı, dos. Salman Nuriyev, prof. Gülnarə Sadıxova tədbiri yüksək qiymətləndiriblər.

 Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə belə tədbirlərin keçirilməsi universitetimizdə bir ənənəyə çevrilib.