XƏBƏRLƏR

Tələbələr tarixi yerləri ziyarət ediblər

13 may, 2024

Mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Dillər Universitetinin 220 saylı məktəb-liseydə pedaqoji təcrübədə olan tələbələri, Təhsil 1 fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi metodist Vüsalə Əliyeva ilə birgə İçərişəhərdə yerləşən tarixi yerləri ziyarət edib, xalça sərgisində də iştirak ediblər.

Daha sonra tələbələr və metodist Vüsalə Əliyeva Müasir İncəsənət Muzeyini ziyarət ediblər.

Onlar modern və avanqard üslubda dizaynla inşa edilən muzeydə Azərbaycanın dünyaca tanınmış ustad rəngkarı və rəssamlarının əl işləri ilə yaxından tanış olublar.