XƏBƏRLƏR

Tələbələr tərəfindən “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

13 may, 2024

Azərbaycan Dillər Universitetinin 95 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri və İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının dosenti metodist Mehriban Təhməzovanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş, “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

Tədbirdə İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müəllimləri dos.Lalə  Əsədova, dos. Sevinc Tağıyeva, f.f.d., b/m. Ülviyyə Əhmədova, b/m. Mülayim Bağırova, b/m. Kəmalə Dünyamalıyeva, 95 saylı məktəbin direktoru  Tahir Ağayev, məktəbdən kənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı Rahil Hüseynov, ingilis dili müəllimləri Müzəyyən Şıxıyeva, Nigar Hüseynova, sinif rəhbərləri və digər müəllim və şagirdlər iştirak ediblər.  

Tələbələr- Samirə Məmmədzadə, Aysel Abışova, Gülgün Muradlı, Ləman Mirzəquluzadə və məktəbin 6-cı və 9-cu sinif şagirdlərinin birgə iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Məktəbin 9-cu sinif şagirdləri Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan bəhs edən Azərbaycan və ingilis dillərində  mətnlər səsləndiriblər. Həmçinin, Ulu öndər haqqında hazırlanan videoçarx nümayiş olunub.

Bədii hissədə şagirdlər hər iki dildə şeirlər söyləyib, səhnəcik göstərib, milli rəqslər nümayiş  etdiriblər.

Tədbirdə b/m. Kəmalə Dünyamalıyeva, f.f.d.,b/m. Ülviyyə Əhmədova, b/m. Mülayim Bağırova, dos. Mehriban Təhməzova və məktəbin direktoru Tahir Ağayev, ingilis dili müəllimi Müzəyyən Şıxıyeva çıxış ediblər. Onlar çıxışlarında mövzu ilə bağlı fikirlərini bildirib, tədbiri ərsəyə gətirən tələbə və şagirdlərə təşşəkür ediblər.  Həmçinin, tədbiri ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetlə məktəb arasında yaradılmış qarşılıqlı əlaqəni göstərən silsilə tədbirlərdən olduğunu qeyd ediblər.

Sonda təcrübəçi tələbələr tərəfindən hər bir şagirdə fəal iştiraka görə “Təşəkkürnamə” təqdim olunub.