ADU-nun tələbələri Amerikalı yazıçının əsərini müzakirə ediblər
13 may, 2024
Azərbaycan Dillər Universitetinin Xarici Dillərin Tədrisi Metodikası kafedrasının müəllimi Türkan Abbasovanın rəhbərliyi ilə 233a qrup tələbələri Luiza Mey Olkottun “Little Women” (Balaca xanımlar) əsərini ingiliscə müzakirə ediblər.
Müzakirə zamanı tələbələr əsərin qəhrəmanları haqqında ümumi məlumat verməklə yanaşı, onların güclü-zəif nöqtələri, eləcə də, obrazlarla bağlı öz şəxsi münasibətlərini bölüşüblər.