XƏBƏRLƏR

ADU-nun tələbələri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçiriblər

13 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Mönsümə Quliyevanın rəhbərliyi ilə Kamil Əyyubov adina 12 nömrəli məktəbdə pedaqoji təcrübədə olan Təhsil-2 fakültəsinin IV kurs tələbələrinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin direktor müavinləri, müəllimlər və valideynlər iştirak ediblər.

Sözügedən tədbirdə məktəbin 6c, 6ç, 6d sinif şagirdlərinin iştirakı ilə səhnəcik nümayiş olunub. Həmçinin, şagirdlər Ulu öndərə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.