ADU-nun rektoru Moskva Şəhər Pedoqoji Universitetinin Xarici Dillər İnstitutunun direktor müavini ilə görüşüb
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla pedoqoji elmlər doktoru, dosent, Rusiya Müəlliflər Cəmiyyətinin professoru, Moskva Şəhər Pedoqoji Universitetinin direktor müavini Bokova Tatyana Nikolayevna ilə görüşüb.
Rektor qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olundu ki, ADU və MŞPU arasındakı sıx elmi əməkdaşlıq davam etməkdədir. İlk dəfə olaraq 2018-ci ildə Azərbaycan Dillər Universiteti və Moskva Şəhər Pedoqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüş zamanı tərəflər elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Akademik və tələbə mobilliyi, birgə elmi konfransların, mühazirələrin və ustad dərslərinin keçirilməsi məsələləri müzakirə olunub.
Görüşün sonunda Tatyana Nikolaevna səmimi qəbula və qonaqpərvərliyə görə universitetin rəhbərliyinə və Rusiyaşünaslıq mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirib.