“The Importance of Grammar in Learning a Foreign Language” adlı elmi seminar təşkil olunub
10 may, 2024
![](/images/article/8435/thumb.jpg?2024-05-10+12%3A28%3A13)
Azərbaycan Dillər Universitetinin Təhsil I fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin qrammatikası kafedrasının təşkilatçılığı ilə “The Importance of Grammar in Learning a Foreign Language” adlı elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə kafedra müdiri, f.f.d., dos. Laləndar Ziyadova açıb.
Məruzəçi f.f.d., dos. Səadət Nuriyeva çıxışında dünya filosoflarının fikirlərinə əsaslanaraq xarici dilin (ingilis dilinin) ikinci dil kimi öyrənilməsində qrammatika fənninin tədrisinin əvəzsiz rolu haqqında danışıb.
Seminarda kafedranın professor və müəllim heyəti mövzu ilə bağlı müxtəlif aspektli çıxışlar səsləndirib.
![](/images/article/8435/gal23349.jpg?2024-05-10+12%3A28%3A13)
![](/images/article/8435/gal23350.jpg?2024-05-10+12%3A28%3A13)
![](/images/article/8435/gal23349.jpg?2024-05-10+12%3A28%3A13)
![](/images/article/8435/gal23350.jpg?2024-05-10+12%3A28%3A13)