ADU-nun tələbələri tərəfindən 9 May-Qələbə Günü" ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının müəllimi metodist Vəfa Məlikovanın rəhbərliyi ilə Nizami rayonu 210 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan həmin fakültənin 411a və 413a qrup tələbələrin təşkilatçılığı ilə 9 May Qələbə günü ilə bağlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Tədbirin açılışı 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə Ümummilli lider Heydər Əliyevin “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”- çıxışı ilə olub.
Tədbirdə məktəbin rus bölməsinin VII, VIII və IX sinif şagirdləri iştirak edib. Qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu vurğulanıb.
Tədbirin sonunda tələbələr tərəfindən Ümummilli Liderin siyasi kursunun onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Tədbirdə məktəbin pedaqoji heyəti və şagird kollektivi iştirak edib.