XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində onlayn dərslərin təşkili davam edir

17 mart, 2020

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsi professor-müəllim heyəti ilə tələbələrin distant təhsil əlaqəsini təşkil etmək üçün online dərslərin tədrisinə başlayıb. Belə ki, dərs cədvəlinə uyğun olaraq tələbələrə lazım olan dərs vəsaitləri elektronlaşdırılaraq, xüsusi keçidlər (linklər) şəkilində ADU-nun Magistratura şöbəsinin rəsmi facebook səhifəsində yerləşdirilib.

Təşkil olunan distant təhsil  prosesində öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə daha operativ şəkildə təşkil olunması üçün digər lazımı tədbirlər görülür.