XƏBƏRLƏR

ADU-nun tələbəsi tərəfindən "Bilik Yarışı" keçirilib

17 may, 2023

Azərbaycan Dillər Universitetinin (ADU)  7 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbəsi Aysun Məmmədli və adıçəkilən məktəbin ingilis dili müəllimi Lalə Abıyevanın birgə təkilatçılığı ilə 7a və 8b sinifləri arasında ingilis dilində "Bilik Yarışı" keçirilib.

4 mərhələdən ibarət olan yarışda şagirdlər fərdi və qrup şəkilində mübarizə aparıb. Hər mərhələdə şagirdlərin müxtəlif bilik və bacarıqları yoxlanılıb.

"Bilik Yarışı" 2 münsif müəllimin 40 bal üzərindən şagirdlərinin göstəricilərinin qiymətləndirməsi əsasında davam edib.

Sonda "The Greatest" komandası (7a-132 bal) "Stars" komandası (8b-130 bal) üzərində qalibiyyət əldə edib.

Yarışın bütün iştirakçıları sertifikat,  ilk 3 yerə layiq görülən şagirdlər isə xüsusi hədiyyə ilə təltif ediliblər.