XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

10 may, 2023

Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU)  Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızının təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Afət Həbibovanın təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

 Dəyirmi masaya qonaq qismində Prezident mükafatçısı, Mədəniyyət telekanalının direktor müavini, telejurnalist, şair və rejissor s.f.d., Bəhruz Niftəliyev dəvət edilib.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbələrin Ulu Öndər Heydər Əliyev haqqında hazırladıqları video təqdimatdan sonra qonaq mövzu haqqında fikirlərini bölüşüb.

Masada Ulu öndərin  gənclər siyasəti, gənclərə verdiyi önəm və gənclərin şəxsi inkişafındakı dəstəyindən bəhs edilib.