ŞİMAL VƏ ŞƏRQİ QAFQAZ YƏHUDİLƏRİNİN İRSİ VƏ MƏDƏNİYYƏTİ

İsrail, Bar-İlan Universitetində Aharon və Raxel Dahan adına İspaniya və Şərq Yəhudilərinin İrsində Cəmiyyət, Mədəniyyət və Təhsilin Öyrənilməsi Mərkəzi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Azərbaycan Dillər Universiteti
Azərbaycan İlahiyyat İnstitutu
Aşkelon Akademik Kolleci
Bakıdakı Dağ Yəhudiləri İcması
Sizi Beynəlxalq konfransda iştirak etməyə dəvət edir
ŞİMAL VƏ ŞƏRQİ QAFQAZ YƏHUDİLƏRİNİN İRSİ VƏ MƏDƏNİYYƏTİ
avqust 2023-cü il 30-31
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Bakı, Azərbaycan
Şimali və Şərqi Qafqaz yəhudiləri (cuhuri, dağ yəhudiləri) qədim yəhudi ənənəsinə və zəngin mədəni irsə malik icmadır. Bu icma İran, Rusiya, Şərqi Avropa və İsrail ərazilərində müasir dövrün yəhudi tarixində mühüm tarixi proseslərin bir hissəsi idi. Canlı ənənənin daşıyıcıları olan bu yəhudilər nəsillər boyu İsrail torpağına Aliya (miqrasiya) ediblər. Sionist hərəkatının yaranması və yayılmasından sonra bir çox dağ yəhudiləri bu hərəkata qoşuldular və Sovet hakimiyyətinin mühacirətə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən əvvəl aliyanın ilk dalğalarının bir hissəsi oldular. Sovet İttifaqından mühacirət mümkün olduqdan sonra İsraildə, Rusiyanın mərkəzi şəhərlərində, keçmiş SSRİ-nin digər ölkələrində, Almaniyada, Kanadada və ABŞ-da Şimali və Şərqi Qafqaz yəhudilərinin böyük icmaları yarandı. Vaxt keçdikcə bir çox müxtəlif yəhudi icmaları bu Şimali və Qərbi Qafqaz yəhudi icmaları ilə qarşılıqlı əlaqədə olmuşlar ki, bunlar arasında Aşkenazi yəhudiləri, Şərqi Kürdüstanın arami dilli yəhudiləri (Naş Didan), Gürcüstan yəhudiləri və subbotnikləri qeyd etmək olar. Bu yəhudi icmaları bir-birinə qarşılıqlı təsir göstərirdilər.
Tədqiqatçılar konfransla bağlı aşağıdakı mövzularda çıxış etmək üçün müraciət etməyə dəvət olunur:
- İcma və Ailə
- İcmalararası münasibətlər
- Sosial-iqtisadi vəziyyət
- Yaradıcılıq, Ədəbiyyat və İfaçılıq Sənəti
- Əlyazmalar və Tövrat ədəbiyyatı
- Milli və Etnik kimlik, özünüidentifikasiya
- Cühuri dilinin vəziyyəti və tədqiqi
- Yerli yəhudi dilləri və dialektlər
- Multikulturalizm
- Gender tədqiqatları
- Sionist Hərəkatı və İsrailə Mühacirət (Aliya)
- İkinci Dünya Müharibəsi və Holokost
- Coğrafi ərazi
- Yəhudi icmaları müxtəlif ərazilərdə
Konfransın elmi komitəsi yuxarıda sadalanmayan, lakin əlaqəli mövzular üzrə təkliflərə də baxacaq. Bu konfransa aid mövzular üzərində işləyən tədqiqatçılar müraciət etməyə dəvət olunur. Müraciət ərizəsində məruzənin tezisləri (250 sözə qədər) və elektron poçt ünvanı mütləq göstərilməklə iştirakçının qısa tərcümeyi-halı əlavə edilməlidir. Konfrans üçün son müraciət tarixi: 21 may 2023. Müraciət ərizələri Bar İlan Universitetinin Dahan Mərkəzinin [email protected] mail ünvanına göndərilməlidir.
Konfransda təqdim olunan məruzələr daha sonra müvafiq akademik nəzərdən keçirilməklə dərc olunacaqdır. Konfrans məruzələri Azərbaycan, ingilis, rus və ibri dillərində təqdim edilə bilər. Sizi konfrans iştirakçıları arasında görməyə şad olarıq.
Hörmətlə,
Təşkilatçılar
Prof. Dan Şapira, Bar-İlan Universiteti
Prof. Yaron Harel, Bar-İlan Universiteti
Prof. Şimon Şarvit, Aşkelon Akademik Kolleci
Prof. Zehavit Qross, Bar-İlan Universiteti
Akademik Kamal Abdullayev, Azərbaycan Dillər Universitetinin rektoru
Prof.Jalə Qəribova, Azərbaycan Dillər Universitetinin prorektoru
Prof. Aytən Qəhrəman, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Dr. Zeev Levin, Mərkəzi Asiya və İran Sferasında Yəhudilər Araşdırma Mərkəzinin, ŞərqdəYəhudi İcmalarının Tədqiqi üzrə Ben-Zvi İnstitutunun direktoru
Dr.Rəvan Həsənov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
Aqil Şirinov, İlahiyyat İnstitutunun rektoru
Dr. Şimon Ohayon, Dahan Mərkəzinin direktoru
Dr. Efrat Aviv, Bar-İlan Universiteti
Bakıdakı Azərbaycan Dağ Yəhudiləri İcması
Alissa Abramova, Bar-İlan Universitetinin elmi işçisi
name of the speaker_____
the academic institution______
department______
Phones: Home _____, mobile_____
e-mail____
Title _____
Attached are the abstracts of the lecture
Sincerely,
Signature
date