XƏBƏRLƏR

ADU əməkdaşları Özbəkistanda işgüzar səfərdə olublar

31 mart, 2023

Azərbaycan Dillər Universitetinin Tük xalqlarının dil və mədəniyyəti mərkəzinin direktoru Fil.e.d. Elçin İbrahimovun tövsiyə  və  təşkilatçılığı ilə Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dos.Ə.Abdiyeva və dosenti  Ş.Cabarova, Regionşünaslıq kafedrasının müdiri  prof.S.Əliyeva  martın 18-də Səmərqənd şəhərində yerləşən Özbəkistan-Finlandiya Pedaqoji Universitetinin Xarici dillər və humanitar fənlər fakültəsinin təşkil etdiyi tədbirlərdə iştirak ediblər.

Səmərqənd Özbəkistan-Finlandiya İnstitutunun Xarici Dillər və Humanitar fənlər  fakültəsinin dekanı dos. Şirzod  Normominovla görüş keçirilib. Görüşdə Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dos.Ə.Abdiyeva  ADU-nun fakültələri, ixtisasları, beynəlxalq əlaqələri və gələcək inkişaf perspektivləri haqqında məlumat verib.

ADU- nun nümayəndə heyəti Özbəkistan-Finlandiya Universitetinin rektoru, professor  Əkbər Səfərovla  görüşdə iştirak ediblər. Görüşdə ADU və Özbəkistan –Finlandiya Universitetləri arasında gələcəkdə əlaqələrin qurulması, birgə tədqiqatların aparılması və layihələrdə iştirak imkanlarından danışılıb.

Regionşünaslıq kafedrasının müdiri, prof.S.Əliyeva Özbəkistan-Finlandiya İnstitunun Xarici dillər və humatitar fənlər fakültəsinin tələbələrinə Azərbaycanda Novruz adətləri”  adlı təqdimat keçirib, tələbə və müəllimləri milli şirniyyatlarımıza qonaq edib.