XƏBƏRLƏR

ADU-da PR və marketinq üzrə menecer Bikə Abdullayeva ilə görüşü keçirilib

31 mart, 2023

Martın 29-da Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisasında təhsil alan III kurs tələbələri "Uşaq hüquqları və jurnalistika" dərsi çərçivəsində “Synergy Partnership LLC” şirkətinin PR (ictimaiyyətlə əlaqələr) və marketinq üzrə meneceri Bikə Abdullayeva ilə görüşü keçirilib.

Görüşdə qonaq B. Abdullayeva iş təcrübəsini tələbələrlə bölüşüb və PR (ictimaiyyətlə əlaqələr) fənninin bu ixtisasda təhsil alan tələbələr üçün tədris olunmasının vacib olduğunu vurğulayıb.

Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi Ceyhun Mustafayevin təşəbbüsü ilə baş tutan görüşdə PR sahəsinin funksiyaları, PR və marketinq strategiyasının qurulması, sosial şəbəkələrin PR-da rolu, bu sahədə uğur qazanmağın yolları və digər mövzular ətrafında  geniş müzakirələr aparılıb.