XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev - Azərbaycan və Fransa münasibətləri” mövzusunda dəyirmi masa keçirilib

31 mart, 2023

Azərbaycan Dillər Universitetində (ADU)   Fransız dilinin fonetikası və qrammatikası kafedrası və  Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev - Azərbaycan və Fransa münasibətləri” mövzusunda dəyirmi masa keçirilib.

Kafedra müdiri, prof.əv. Ülfət İbrahim tədbir haqqında geniş məlumat verib.

Universitetin elmi işlər üzrə prorektoru  prof. Novruz Məmmədova Professor Novruz Məmmədov Azərbaycanın Avropa ölkələri ailəsində özünəlayiq yer tutmasını böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin müdrik siyasətinin gözəl bəhrəsi olduğunu qeyd edib, Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Dəyirmi masada  Fransız dilinin fonetikası və qrammatikası kafedrasının baş müəllimi Sücəddin Əyyublu “Heydər Əliyev və Fransa-Azərbaycan münasibətlərinə baxış”, Regionşünaslıq kafedrasının psixologiya üzrə fəlsəfə doktoru Günay Məmmədova   “Azərbaycan - Fransa əlaqələrində Heydər Əliyev rolu”mövzularında çıxış ediblər.

 Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova  isə “Azərbaycan - Fransa tarixi əlaqələri”mövzusunda təqdimatla çıxış edib.

Dəyirmi masada  ADU-nun Filologiya fakültəsinin dekanı prof. Şahin Xəlilli, Həmkarlar İttifaqının sədri Misgər Məmmədov, Doktorantura şöbəsinin müdiri  Nərgiz Qarayeva, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri f.f.d., dos. Aytən Hacıyeva, Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri  dos. Ədalət Abdiyeva, Xarici dillər kafedrasının müdiri f.e.d. Nərgiz Seyidova, Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos. Əmralı Şirəliyev, Azərbaycan dilçiliyi kafedrasının müdiri  dos. Fərəh Niftəliyeva, fakültə müəllimləri  və tələbələr iştirak ediblər.