XƏBƏRLƏR

“Azərbaycan Heydər Əliyev işığında” adlı mövzunun təqdimatı hazırlanıb

30 mart, 2023

30 Mart 2023-cü il tarixində Təhsil- 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müəllimi f.f.d b.m  Nigar Bağırova təhkim olunduğu 201 A qrupu – “AZƏRBAYCAN HEYDƏR ƏLİYEV İŞIĞINDA” adlı mövzunun təqdimatını hazırlayıb.

Tələbələr bu təqdimat üçün - Ulu Öndərin Azərbaycanın hər sahəsi üçün gördüyü işləri dərindən araşdırıb və bir çox mənbələrdən istifadə edərək xeyli məlumat toplayıblar.

Təqdimatda rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı Fikrət Cahangirov, kafedra müdirləri Nigar Zeynalova və Kifayət Hacıyeva, doktorantlar və magistrantlar da  iştirak edib.

Təqdimatın sonunda rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı Fikrət Cahangirov, kafedra müdirləri Nigar Zeynalova, Kifayət Hacıyeva, b.m Mülayim Bağırova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar və hər kəsə təşəkkürlərini bildiriblər.