XƏBƏRLƏR

ADU-da "Azərbaycanda xarici dil mütəxəssislərinin yetişdirilməsində Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib.

30 mart, 2023

Azərbaycan Dillər Universitetində Təhsil 1 fakultəsinin nəzdində İngilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə  "Azərbaycanda xarici dil mütəxəssislərinin yetişdirilməsində Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 Tədbirdə rektorun məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı Ümumilli lider Heydər Əliyev bağlı universitetdə keçirilən silsilə tədbirlərin  əhəmiyyətindən danışıb.

Kafedra müdiri, professor Fərman Zeynalov Ümumilli liderin gənc kadrların xarici dillərin yiyələnməsinə olan diqqətindən söz açıb.

Tədbir zamanı Heydər Əliyevin çıxışlarından ibarət video çarxlar nümayiş olunub.

Dos. Kifayət Alırzayeva ulu öndərin təhsil sahəsinin inkişafına verdiyi töhfədən, milli-mənəvi dəyərlərin qorunub saxlanılması göstərdiyi böyük diqqətdən danışıb.

 Kafedranın müəllimi Tahirova Səbinə H. Əliyevin doğma ana dilimizə verdiyi dəyərlə bağlı danışıb.  Təhsil 1 fakültəsinin  dekanı professor Fikrət Cahangirov ali məktəblərdə xarici (ingilis, fransız, alman, slavyan) dillərinin tədrisinin yaxşılaşdırılmasında Heyder Əliyevin əvəzsiz rolunun olduğunu qeyd edib.

 İngilis dilinin qrammatikası kafedrasının müdiri professor Arif Hüseynov ulu öndərin  təhsil sahəsində keçirdiyi islahatlardan bəhs edib.

127 a qrupunun tələbələri Gülcan Vahidova və Maqsud Məmmədov Ulu öndərin təhsil sahəsində söylədiyi fikirləri səsləndiriblər.