XƏBƏRLƏR

“Elimizə bahar gəlir” adlı tədbir təşkil olunub

17 mart, 2023

ADU-nun İngilis dilinin qrammatikası kafedrasının müəllimi, metodist Aytac Hüseynovanın rəhbərliyi ilə Bakı şəhəri Sabail rayonu 160№-li Klassik Gimnaziyada Təhsil 1 fakültəsinin təcrübə keçən 407b qrup tələbələri və 3a sinif şagirdlərinin təşkilatçılığı ilə “Elimizə Bahar Gəlir” adlı tədbir təşkil olunub.

Tədbirdə şagirdlərə təcrübəçi-tələbələr Maya Ağamalıyeva, Fatimə Süleymanlı ingilis dilində, Elvira Quliyeva isə Azərbaycan dilində Novruz adət-ənənələri haqqında məlumat veriblər. Daha sonra Nərmin Maqsudova, Şahnaz Əhmədova, Rasimə Cəfərova isə şagirdlərə maraqlı video-slaydlar təqdim ediblər.  3a sinif  şagirdləri ingilis dilində bahara aid şeir və mahnilarla çıxış ediblər.

Tədbirdə iştirak edən 3a sinif rəhbəri Ulduz Ocaqova, ingilis dili müəllimləri Yeganə Rəsulova, Aişə Əhmədova və digər qonaqlar təcrübəçi tələbələrə qısa müddət ərzində belə maraqlı tədbir hazırladıqları üçün təşəkkür ediblər.