XƏBƏRLƏR

ADU-nun tələbələri Xaricdə Təhsil Sərgi-Yarmarkasında iştirak ediblər

16 mart, 2023

Landmark Baku-da StudyNet Group-un təşkilatçılığı ilə “StudyNet Xaricdə Təhsil Sərgi-Yarmarkası” baş tutub.

İldə 2 dəfə olmaqla hər il keçirilən genişmiqyaslı StudyNet Education Fair 30-dan çox beynəlxalq reytinqli xarici universitetlərin birbaşa iştirakı, 100-dən çox təhsil müəssisəsinin rəsmi iştirakı ilə keçirilib.

Tədbirdə gənclər, eləcə də valideynlər övladları üçün növbəti təhsil yolunu müəyyən ediblər.

13 ildən artıq peşəkar xaricdə təhsil şirkəti olaraq fəaliyyət göstərən Studynet Group hər zaman tələbə və valideynlərin fikirlərini və istəklərini nəzərə alaraq dünyanın öndə gələn universitetlərini sərgiyə dəvət edir.

University of Westminster, City, University of London, Heriot-Watt University, Kaplan International Pathways, Mander Portman Woodward, Coventry University, Essex University, EU University də daxil olmaqla, 100-dən çox beynəlxalq universitetin rəsmi şəkildə təmsil olunduğu sərgini ziyarət etməklə tələbə və valideynlər Amerika, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən gələn universitet nümayəndələri ilə birbaşa görüşüb, uyğun proqram seçimi haqqında, eləcə də, təhsil haqqı, endirimlər, proqram üstünlükləri və xüsusi fürsətlər haqqında geniş məlumat alıb.

Ziyarətçilər arasında bir çox yerli universitet və məktəb tələbələri, o cümlədən Azərbaycan Dillər Universitetinin tələbə heyəti də yer alıb. Sərgi zamanı keçirilən interaktiv seminarlar zamanı vizual olaraq universitetlərlə tanış olub tam məlumat əldə olunub.

 

www.sng.az

www.studynet-group.com