XƏBƏRLƏR

ADU-da elektron resurslara əlçatanlığın təmin olunması ilə bağlı seminar-treninq

16 mart, 2023

ADU-da Elektron resurslarına əlçatanlığın təmin olunması ilə bağlı seminar-trening

14.03.2023 tarixdə BDU Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK)yaranmasının 20 illiyinə həsr olunmuş ”Elektron resurslarına əlçatanlığın təmin olunması” mövzusunda keçirilən seminar-treininq keçirilib.

15.03.2023 tarixdə BDU Elmi Kitabxanasının, ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Bakı Amerika Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Seminar - treininqin davamı və bağlanışı Azərbaycan Dillər Universitetində təşkil olunub.

ADU-un Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva Az.KİK-in 20 ildə əldə etdiyi uğurlar və konsorsium üzvlərinə xidmət (universitet kitabxanaları) EBSCOhost şirkətinin elektron resurslarından istifadə, EKİXM-in istifadəçilərə sərbəst girişli digər e-resursları haqqında məlumat məlumat verib.

Bakı Amerika Mərkəzinin direktoruŞəhla Xudiyeva Bakı Amerika Mərkəzinin yaranması, fəaliyyər dairəsi haqqında iştirakçıları məlumatlandırıb.

EBSCO nəşriyyatının MDB ölkələri üzrə direktoru Andrey Vladimiroviç Sokolov EBSCO admin - inzibatçının funksionallığına ümumi baxış: (statistika, avtorizasiya, tam mətnə ​​istinadlar) elmi məlumat bazalarında elmi üslublar haqqında, elektron resursların populyarlaşdırılmasında (kütləviləşdirilməsində) qabaqcıl təcrübələrin təqdimatı və onlardan istifadənin səmərəliliyi ilə bağlı problemlərin müzakirəsi ilə bağlı interaktiv formada təlim-treninq keçirib.

”Emerald nəşriyyatının Türkiyə  və Mərkəzi Asiya üzrə satış meneceri Mine Tonta “Emerald Nəşriyyatı və Kitabxana  konsorsiumlarının inkşaf nailiyyətləri” mövzusunda məruzə  edərək Türkiyə və Mərkəzi Asiya ölkələrində  kitabxana konsorsiumları ilə əlaqələri və fəaliyyəti, eyni zamanda Türkiyə Anadolu Universitet Kitabxana Konsorsiumun (ANKOS)  Az KİK-lə sıx əməkdaşlıq əlaqələrindən danışıb.