XƏBƏRLƏR

Sankt-Peterburq hökumətinin komitə sədri ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

16 mart, 2023

Sankt-Peterburq hökumətinin üzvü – komitə sədri Yevgeniy Dmitriyeviç Qriqoryev Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Kamal Mehdi oğlu! 

Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr Komitəsi 2023-cü il 3-4 mart tarixlərində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə “Maslenitsa” bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” adlı tədbir keçirib. 

Tədbirin təntənəli açılışı məhz universitetinizdə baş tutub, burada etnoqrafiyaya dair mühazirələr, daha sonra rusların doğma idman növü olan “Qorodki” üzrə yarışlar və incəsənət və sənətkarlıq üzrə ustad dərsi keçirilib. Tədbirdə müəllim və tələbələr, eləcə də media iştirak edib. Tədbirin nəticəsi olaraq, gələcək əməkdaşlığımıza dair razılaşmalar əldə olunub. 

Tədbirin hazırlanmasında və keçirilməsində köməyə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm”.