XƏBƏRLƏR

ADU-nun müəllim-tələbə heyəti Heydər Əliyev Muzeyinə ekskursiya ediblər

16 mart, 2023

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının baş müəllimi Vüsalə Əliyeva və Şəhla Balacayevanın təşkilatçılığı ilə  Təsil 1 və Təhsil 2 fakültələrinin tələbələri (404A, 403A, 403B, 410A, 416B),  Ulu öndər Heydər Əliyevin ildönümü ilə əlaqədar dizaynı və tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev Muzeyinə ekskursiya ediblər.

 Tələbələr muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medalları, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələrlə daha yaxından tanış olu