ADU-da USAID-in Azərbaycan üzrə missiya direktoru M. Nirbas ilə görüş keçirilib
Azərbaycan Dillər Universitetində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Maykl Nirbas (Michael Nehrbass) universitetin Jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşüb.
Görüşdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fialə Abdullayeva və Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı da iştirak edib.
Beynəlxalq jurnalistika şöbəsinin müdiri, b/m. Nərgiz Çərkəzqızı tələbələrə qonaq haqqında məlumat verib.
Qonaq M. Nirbas tələbələri USAID və onun Azərbaycandakı proqramları ilə tanış edib, jurnalistikanın parlaq bir gələcək yaratmaq üçün nə kimi əhəmiyyətə malik olmasını vurğulanıb. Həmçinin USAİD təşkilatının əməkdaşlığının önəmindən, humanitar yardımın vacibliyindən söz açılıb.
Təşkilatın missiyası barədə maariflənən tələbələr öz təşəbbüslərini yaxın gələcəkdə keçiriləcək tədbir və layihələrdə göstərmək istədiklərini bildiriblər.
Sonda tələbələrin sualları cənab M. Nirbas tərəfindən cavablandırılıb.