XƏBƏRLƏR

ADU-da xarici tələbələr üçün Novruz bayramı münasibətilə tədbir keçirilib

15 mart, 2023

Azərbaycan Dillər Universitetində Beynəlxalq əlaqələr şöbəsi, ADU-nun Elmi Şurasının Beynəlxalq əlaqələr üzrə komissiyası və Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə təhsil alan xarici vətəndaşlar üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.

 German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva Novruzun Azərbaycan xalqının milli bayramı olduğunu deyib, təbiətin oyanışı, küsülülərin barışması, bolluq və xoş günlər arzusu ilə keçirilən bir bayram olduğu haqqında məlumat verib.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib. Bu milli bayramda qohumlara, qonşulara və qonaqlara xüsusi diqqət yetirildiyini bildirib.

ADU-nun Elmi Şurasının Beynəlxalq Əlaqələr üzrə komissiyasının sədri dosent Aytən Hacıyeva  Novruzun dini bayram deyil, bahar bayramı, fəsil dəyişməsi bayramı olduğunu vurğulayıb.

Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə ingilis dilində “Novruz bayramı” adlı təqdimatı göstərib, Novruzun bütün çərşənbələri, atributları, simvolları və mərasimləri haqqında geniş məlumat verib.

Tədbirdə iştirakçılar yumurta döyüşdürüblər.

Sonda iştirakçılara kiçik Novruz xonçası da hədiyyə edilib.