XƏBƏRLƏR

ADU tələbələri bir aylıq kirayə ödənişindən azad olunub

07 mart, 2023

Azərbaycan Dillər Universitetinin 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr bir aylıq kirayə ödənişindən azad olunub.

Bu barədə universitetin Tələbə Həmkarlar İttifaqının sədri Zəhra Hüseynova məlumat yayıb.

O bildirib ki, bu qərar universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə verilib. Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunub.