XƏBƏRLƏR

İnklüziv Təhsil Mərkəzinin növbəti tədbiri Bilasuvarda olub

09 fevral, 2023

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin sahə üzrə inkişafın təmin edilməsi, həmçinin maarifləndirmənin həyata keçirilməsi məqsədilə reallaşdırdığı növbəti silsilə tədbir 8 fevral tarixində Bilasuvar rayonunda baş tutub. 

ADU-nun İnklüziv Təhsil Mərkəzi və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin pedaqoji heyətinə təlimlər keçib, həmin bölgə üzrə sağlamlıq məhdudiyyəti və inkişaf problemləri olan uşaqlarla diaqnostika işləri aparıblar.

Seminar iştirakçıları sertifikatla mükafatlandırılıb, inkişaf dəyərləndirməsi aparılan uşaqların fəaliyyət planları hazırlanıb.

Davamlı monitorinqin həyata keçirilməsi məqsədilə tərbiyəçi, müəllim və valideynlərin mütəxəssislərlə birgə əməkdaşlığının davam etdirilməsi nəzərdə tutulub.

Seminar və dəyərləndirmədə iştirak edən mütəxəssislər təşəkkürnamə ilə təltif olunublar.

Qeyd edək ki, ADU-nun əməkdaşları dos.N. Zeynalova, S. İbrahimova, G.Seyidova, ADU və İTM ilə sıx əməkdaşlıq edən Nitq İnkişaf Mərkəzinin rəhbəri, defektoloq-loqoped E. Kazımova, psixoloq L. İftixarlının seminar və dəyərləndirməsi Azərbaycan Dillər Universiteti və Biləsuvar rayonunda yerləşən Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi arasında imzalanmış memoranduma əsasən həyata keçirilib.