XƏBƏRLƏR

İndoneziya hökumətinin KNB təqaüd proqramı sənəd qəbulu elan edir

12 yanvar, 2023

İndoneziya hökumətinin təsis etdiyi KNB təqaüd proqramı (İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı proqramı) bakalavriatura, magistratura və doktorantura təhsili üzrə sənəd qəbulu elan edir. Proqram çərçivəsində namizədlərə İndoneziyanın 27 nüfuzlu ali təhsil müəssisəsində 4601 ixtisas təklif edilir.

Təqaüd proqramına 2023/2024-cü tədris ili üzrə sənəd qəbulu 16 yanvar –  18 fevral 2023-cü il tarixlərində aparılacaqdır.

Təqaüd proqramına müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

onlayn formatda doldurulmuş ərizə forması,
attestat (bakalavriat təhsili üçün) / diplomun/diplomların surəti (ingilis dilində),
diploma əlavənin surəti (ingilis dilində),
motivasiya məktubu,
müraciət edənin bitirdiyi təhsil müəssisəsindən tövsiyə məktubu,
elmi rəhbərin tövsiyə məktubu (doktorantura təhsili üçün),
İndoneziya Səfirliyindən tövsiyə məktubu,
ingilis dili üzrə sertifikat (IELTS və ya TOEFL),
pasportun surəti.

Təqaüd proqramı aşağıdakı öhdəlikləri üzərinə götürür:

təhsil haqqı,
aylıq təqaüd,
yol xərcləri,
sağlamlıq sığortası.

Əlavə məlumat/qeydiyyat üçün aşağıdakı keçidə daxil ola:

https://knb.kemdikbud.go.id/

və ya İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:

https://www.facebook.com/cis.aul