XƏBƏRLƏR

“İmtahan stressi və onun aradan qaldırılması yolları”

09 yanvar, 2023

“İmtahan stressi və onun aradan qaldırılması yolları”

Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrası və ADU psixoloji xidmət mərkəzi tələbələr üçün “İmtahan stressi və onun aradan qaldırılması yolları” adlı tədbir keçirilib.

Təlimçilər ADU psixoloji xidmət mərkəzinin rəhbəri Ceyhunə Dəmirova, Psixologiya kafedrasının müəllimləri b/m Lalə Sadıxova, b/m Heyran Zeynalova və “Zehnin gücü” psixoloji mərkəzinin rəhbəri Ülkər İbadova tələbələrə stress hallarının yaranması səbəbləri haqqında məlumat verib, psixoloji maarifləndirmə işini həyata keçirib.

Daha sonra isə imtahan zamanı stress hallarında müxtəlif psixoterapiya texnikalarından istifadə qaydaları göstərilib, tələbələr üçün meditasiya keçirilib, relaksasiya olunub, sonra isə TSPX ixtisasının III kurs tələbəsi Aysun Əliyarova  musiqi nömrəsi ilə çıxış edib.