XƏBƏRLƏR

“Xalq ruhunun üçrəngli poeziyası” adlı seminar keçirilib

18 dekabr, 2022

Azərbaycan Dillər Universitetində  Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn tədbirlər planına müvafiq olaraq, Təhsil-2 fakültəsinin nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı, Təlimdə innovasiyalar, Linqvokulturologiya, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2, Xarici dillər və Psixologiya kafedralarının birgə iştirakı ilə “Xalq ruhunun üçrəngli poeziyası” adlı elmi seminar keçirilib.

Elmi seminarda ADU-nun rektor məsləhətçisi Anar Osmanlı və Təhsil-2 fakültəsinin dekanı Salman Nuriyev və fakültənin professor-müəllim heyəti iştirak ediblər.

Seminar Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimovanın moderatorluğu ilə aparılıb.

Əhməd Cavadın həyatı, yaradıcılığı, poeziyasında müxtəlif mövzulu şeirləri təhlil edilib.  Məruzəçilər - Aynur Məmmədzadə, Məhbubə Məmmədli, Günay Suleymanova, Türkan Abbasova, Əsmər Veysova, Azadə Mikayılova, Sətibə Fərhatlı və Kəmalə Kərimova çıxışlarında Əhməd Cavadın Azərbaycan və Türkiyə ədəbiyyatı tarixində rolundan, poeziyası ilə azadlıq uğrunda apardığı mübarizəsindən, şairin müəllimlik fəaliyyətindən, Ə. Cavad psixoloji portretindən, xalq ruhunu oxşayan, adət-ənənələrinə sədaqətini nümayiş etdirən poetik fəlsəfəsindən bəhs ediblər.

Rektor məsləhətçisi Anar Osmanlı və Təhsil-2 fakültəsinin dekanı Salman Nuriyev tədbiri yüksək qiymətəndirib, şairin yaradıcılığı haqqında fikirlərini bildiriblər.

Oxu zalı bölmə müdiri Gülzar Məmmədova Gülzar Məmmədova Ə.Cavadın zəngin yaradıcılığını ifadə etmək üçün təşkil edilən bu seminarda qoyulan fikirlərin tələbə gənclərin əxlaqi-mənəvi dəyərlərə müvafiq tərbiyələndirilməsində mühüm rolu olduğunu bildirib.