ADU- da rəsm müsabiqəsi keçirilib
02 dekabr, 2022

Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsində "Şuşa ili" ilə bağlı tədbirlər planına uyğun olaraq tələbələr arasında rəsm müsabiqəsi keçirilib.
Tələbələrin hər biri müəllifi olduqları rəsmlər haqqında müsabiqə iştirakçılarına məlumat veriblər.
Müsabiqədə səsvermə münsiflər heyəti tərəfindən aparılıb.
Ən yaxşı rəsm əsərinə görə seçilən qalib tələbələr fakültə dekanı tərəfindən I,II,III dərəcəli “Dekanın Fəxri Diplomu”- və “Təşəkkürnamə” ilə təltif olunublar.

























