ADU-da “Şuşa Qarabağın incisidir” adlı ədəbi bədii kompozisiya keçirilib

Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Şuşa Qarabağın incidir” adlı ədəbi bədii kompozisiya keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad olunub.
Rektor məsləhətçisi Anar Osmanlı tədbirin mahiyyətindən danışarkən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb. O, yüksək mədəni mənəvi dəyərini nəzərə alaraq verdiyi sərəncama əsasən 2022-ci il “Şuşa ili” elan edildiyini və münasibətlə də ADU-da bir sıra silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib.
Öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına ordu ideoloji və mədəniyyət mərkəzinin solistlərinin vətənpərvərlik ruhunda çıxışları izlənilib.
Sonra ADU-nun tələbələri tərəfindən hazırlanan səhnəciklər nümayiş olunub.
Tədbirdə rektor məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı, Təhsil-2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dosent Aidə Sobor, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına ordu ideoloji və mədəniyyət mərkəzinin solistləri –Aytən Rəsulzadə, Mətləb Ağayev, Elçin Məmmədov, Vüsal Ağayev, Anar Şahmuradov, Tural Əlibəyli, “Azerbaijan British College” nin müəllim və şagird kollektivi, kafedra müdirləri, Təhsil-1 və Təhsil-2 fakültələrinin tələbələri iştirak ediblər.
Sonda tədbir iştirakçıları təşkilatçılar tərəfindən təşəkkür bəlgələri ilə təltif olunub.













