XƏBƏRLƏR

ADU-da “Şuşa ili” nə həsr olunmuş dəyirmi masa keçirilib

24 noyabr, 2022

Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsi nəzdində Psixologiya və Təlimdə innovasiyalar kafedralarının birgə təşəbbüsi və təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş dəyirmi masa keçirilib.

Psixologiya kafedrasının dosenti Misgər Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün məqsədyönlü siyasətindən, Şuşanın tarixinə dair maraqlı faktlardan, 44 günlük müharibədə xalqımıza Zəfər qazandıran şəhid və qazilərimizin igidliyindən, onları dünyaya gətirən, tərbiyə edib Vətənə bəxş edən Azərbaycan qadınlarının və müəllimlərinin yüksək vətənpərvərliyindən söz açıb.

Fakültə dekanı Salman Nuriyevin Şuşanın keçmişi və hazırda şəhərdə aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri barədə ətraflı məlumat verib.

Psixologiya kafedrasının əməkdaşları - baş müəllim Lalə Sadıxova,  baş müəllim Könül Haqverdiyeva, Təlimdə innovasiyalar kafedrasının müəllimi Ramilə Əhmədova və tələbələr - Sabit Məhərrəmov (qrup 126b),  Günel Hətəmova (qrup 126a), Leyla Səmədova (qrup 121a) çıxış ediblər. Onlar Şuşanın qədim tarixindən, gözəl təbiətindən, zəngin mədəniyyətindən, bu şəhərin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıblar. 

Bədii hissədə tələbələrin ifasında Şuşaya həsr edilən şeirlər səslənib.

Dəyirmi masada rektorun müşaviri Anar  Osmanlı, Təhsil 2 fakültəsinin dekanı, dos. Salman Nuriyev, ADU-nun Həmkarlar Təşkilatının sədri Misgər Məmmədov, prof.Məsməxanım Qaziyeva, prof. Gülnarə Sadıxova, prof. Aytən Bayramova, dos. Şəlalə Babayeva, dos. Mehriban Hüseynova, Təhsil 2 fakültəsi nəzdində fəaliyyət göstərən kafedra əməkdaşları və tələbələr iştirak edib.