ADU-“Şuşa mədəniyyətimizin incisi”adlı tədbir keçirilib
22 noyabr, 2022

Azərbaycan Dillər Universitetində Filologiya fakültəsi nəzdində Xarici dillər kafdrasının müəllimi, fil.f.d., dos. Naibə Camalzadənin həmin fakültənin 333r qrup tələbələri ilə birgə “Şuşa mədəniyyətimizin incisi”adlı tədbiri keçirilib.
Tədbirdə II Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tələbələr tərəfindən Şuşanın tarixi, mədəniyyəti və incəsənət xadimləri haqqında məlumatlar verilib.
Onlar Şuşada yaşayıb-yaratmış şair, yazıçı və digər ədiblərdən söz açıb, həmin ədiblərin yaradıcılığını əks etdirən video materiallar nümayiş etdiriblər
Tədbir zamanı həmçinin Şuşanın qədim tarixi, işğaldan azad olunması ilə bağlı videoçarx nümayiş edilib.







