ADU-nun dosenti Fialə Abdullayeva Zaqrebdə işgüzar səfərdə olub

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva Xorvatiya Respublikasının Zaqreb Universitetində işgüzar səfərdə olub.
O, 9-16 noyabr tarixlərində AR Elm və Təhsil nazirliyinin qrantına layiq görülmüş THBAM Akademik Mobillik layihəsi çərçivəsində koordinator kimi Zaqreb Universitetində ezamiyyətdə olub.
F. Abdullayeva Ezamiyyət müddətində universitetin Humanitar fənlər fakültəsinin dekanı və tərcümə fənlərini tədris edən müəllimlərlə, eləcə də Türkologiya və İndologiya kafedrasının professorları ilə görüşüb. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
O, eyni zamanda Zaqrebdə ezamiyyətdə olan 10 nəfərlik müəllim heyəti ilə birgə tərcümə dərslərində iştirak edib, adıçəkilən universitetinin kitabxanası ilə tanış olub.
Səfər zamanı Azərbaycan Respublikasının Xorvatiya Respublikasına yeni təyin olunmuş səfiri tərəfindən səfirlikdə görüş keçirilib. Həmin görüşdə səfir və müəllimlər arasında gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.



