XƏBƏRLƏR

ADU-nun tələbələri bilik yarışında iştirak ediblər

13 noyabr, 2022

Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışı keçirilib. 

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin  dəstəyi ilə 8-ci dəfə  keçirilən  yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak edib. Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin  və ümummilli  lider Heydər Əliyevin  həyatının, çoxşaxəli  fəaliyyətinin öyrənilməsinə, gənclər arasında  maarifləndirməyə yönəlib.

İştirakçılar  “ Heydər  Əliyev və Azərbaycanın müstəqillik illəri”,  “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “ Azərbaycanın Vətən müharibəsindəki  zəfəri”, “Qarabağın dirçəlişi”  və digər mövzulardakı suallar üzrə  biliklərini sınayıblar. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında  mövzular üzrə  araşdırma aparıblar.  

Yarışda universitetimizin tələbələri də iştirak edib. Komandaların  hər bir üzvünə iştirakçı sertifikatları  təqdim edilib.