XƏBƏRLƏR

ADU-nun tələbələri Beynəlxalq konfransda iştirak ediblər

11 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Zəfər günü"nə həsr olunmuş "İnsan kapitalı: problemlər, səmərəli istifadə və perspektivlər" mövzusunda keçirilən I Beynəlxalq Tələbə Elmi-Praktiki Konfransı da iştirak ediblər

Konfransda universitetin Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri - Nərgiz Cavadzadə, Samir Ağazadə, Həmidə Behbudova, Rahilə Məmmədova, Aynurə Salmanova, Lamiyə Uzunalova, Sevinc Hacızadə, Fidan Nəbiyeva, Zərifə Cəfərova, Magistratura şöbəsinin magistrantları - Şəhla Mirbabalı, Fərhad Kərimli, Kamran Mirzəzadə və Amal Şahhuseynov ADU-nun Regionşünaslıq kafedrasının müəllimləri - Prof. S.Əliyeva, c.ü.f.d. G.Ağakişiyeva, c.ü.f.d. G.Hacıyeva, dos. N.Hüseynova, t.ü.f.d. G.Məmmədova, b/m. Ş.Əbdürrəhimova, müəllimlər X.Ağayeva və S.Qurbanovanın elmi rəhbərliyi ilə iştirak ediblər.

Onlar sertifikatla təltif olunublar.