XƏBƏRLƏR

Tələbə Elmi Cəmiyyəti Zəfər gününə həsr olunmuş tədbir keçirib

05 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti “Zəfər günü”nə həsr olunmuş “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən söz açıb.

Elmi işlər üzrə prorektor professor Novruz Məmmədov Vətən müharibəsində qazanılan Zəfərdən və bu tarixi qələbənin sevincindən bəhs edib.

TEC-in adından Səidə Əliyeva 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi haqqında fikirlər söyləyib. Şuşanın bütün Azərbaycanın mədəniyyət paytaxtı olduğunu vurğulayıb.

Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər haqqında fikirlərini söyləyib.

Təhsil fakülktəsinin tələbələri şeir səsləndiriblər.

Tələbələrdən Təhsil-2 fakültəsindən Jalə Eyvazova və Təhsil-1 fakültəsindən Solmaz Xəlilova Zəfər günü ilə bağlı Vətən müharibəsində qazanılan Zəfərdən və bu tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından danışıblar.

Şəhriyar Quliyev Xüsusi təyinatlı qazi müharibə xatirələrini gənclərlə bölüşüb, tələbələrin marağına səbəb olan suallara cavab verib.

Tədbirdə 44 günlük müharibə ilə bağlı video çarx göstərilib.