ADU-da "Tarixi Zəfərimiz - qürur mənbəyimizdir" adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşları -Jalə Mehrəliyeva, Vəfa Babayeva və Günel Xudayarovanın təşkilatçılığı ilə "Tarixi Zəfərimiz - qürur mənbəyimizdir" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov dövlətçiliyimiz, şanlı tariximiz haqqında söhbət açıb.
Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, dosent Əmralı Şirəliyev tarixi günün əhəmiyyətindən danışıb..
Kafedranın dosenti Könül Fərəcbəyli 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, statistik faktlarla azad edilən ərazilərin strateji əhəmiyyətindən söz açıb.
Magistratura şöbəsinin tələbəsi Səbinə Nəsibova Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu siyasəti haqqında çıxış edib.
Təhsil 2 fakültəsinin tələbələri- Rövşanə Əliyeva, Səidə Qurbanova, Ləman İsmayılova, Nərmin Məmmədovanın Vətən müharibəsində qazanılan Zəfərlə bağlı çıxışları dinlənilib.
Tədbir Təhsil 1 fakültəsinin tələbəsi Bəsti Əhmədzadə "Şuşa", Təhsil 2 fakültəsinin tələbəsi Fidan Balayevanın "Ana və poçtalyon" şeiri ilə davam edib.
Adıçəkilən kafedranın dosenti Zemfira Quliyeva tədbirdə iştirakına görə, Vətən müharibəsinin şəhidləri- Ramiz Cəfərov, Elvin Zakirov, Rövşən Nurzadə, Elşad Həsənov, Sədi Musayev və İlqar Vəliyevin ailə üzvlərinə təşəkkürünü bildirib.
Tədbirin sonunda kafedra tərəfindən hazırlanan hədiyyələr, professor Novruz Məmmədov tərəfindən şəhid ailə üzvlərinə təqdim olunub.





