XƏBƏRLƏR

ADU-da elmi-praktiki seminar keçirilib

01 noyabr, 2022
ADU-da elmi-praktiki seminar keçirilib
 
Azərbaycan Dillər Universitetində Bakı Politoloqlar Klubunun AR -nın Qeyri Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə tələbələrin maarifləndirilməsi məqsədini nəzərdə
tutan elmi-praktik seminarlar çərçivəsində "Tarixi qələbənin siyasi ideoloji əsasları; Yeni
reallıqlar və çağırışlar” mövzusunda elmi-praktiki seminar keçirilib.
Tədbirin təşkilatçısı BPK sədri Zaur Məmmədov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
İdarə Heyətinin sədri Fərid Şəfiyev, dosent Emin Qəribli və Elşən Məcidov çıxışlarında
Azərbaycan dövlətinin müharibəyə qədər və sonrakı dövrdə apardığı siyasi-ideoloji kurs, region
ətrafında davam etməkdə olan geosiyasi prosesler fonunda gənclərin dövlətçilik istiqamətində
atmalı olduqları addımlar haqqında məlumat veriblər.
Farid Şəfiyev zəfərə qədər və sonrakı dövrdə diplomatiya sahəsində aparılan işlər haqqında
danışaraq Prezident İlham Əliyevin xarici siyasət kursu fəlsəfəsinə toxunub.
Zaur Məmmədov isə tarixi qələbənin siyasi- ideoloji məqamlarından bəhs edərək, Ali Baş
Komandan tərəfindən bu illər ərzində aparılan ideoloji siyasət haqqında danışıb.
İqtisadçı alim Emin Qəribli və siyasi ekspert Elşən Məcidov son 2 ildə qlobal iqtisadi siyasi
çağırışlar və bölgədə yenidənqurma işləri ilə bağlı tələbələri məlumatlandırıblar.
Qonaq ekspertlər Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən qələbədə
xüsusi rol oynayan siyasi-ideoloji xətti xüsusi vurğulayaraq, bu istiqamətdə aparılan işlər
haqqında geniş şəkildə danışıblar.
İnteraktiv formada tələbələrin fəallığı ilə keçən seminarda tələbələrin fikirləri öyrənilib və
sualları cavablandırılıb.
Sonda təşkilatçı tərəfindən yaradılan şəraitə görə ADU-nun rəhbərliyinə təşəkkür bildirilib.