XƏBƏRLƏR

Magistrlik dissertasiya işinin yazılma qaydaları haqqında tədbir təşkil olunub

27 oktyabr, 2022

ADU-da Magistratura şöbəsi və Regionşünaslıq kafedrasının magistrlik dissertasiya işinin yazılma qaydaları haqqında tədbir təşkil olunub. Tədbiri Magistratura şöbəsinin dekanı dosent Firuzə Rzayeva açıq elan edib. Magistrlar üçün tərtib edilən magistrlik dissertasiyasının yazılması qaydaları haqqında olan elmi-metodiki vəsaiti təqdim etmiş, onun tələbələr üçün faydasından, dissertasiyanın planlaşdırılmasından, tərtibindən, onun strukturundan, yerli və xarici mənbələrdən necə istifadə etməkdən bəhs etmişdir. 

Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov dissertasiya işinin yerinə yetirilməsi mərhələləri ilə magistrları məlumatlandırmış, standartların gözlənilməsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tələblərinin nəzərə alınmasının mütləq olduğunu qeyd etmişdir. Dissertasiyanın yazılması, məqalələrin tərtibi, mövzu üzrə işin təşkili, təhlili, nəticənin əldə olunması və s. kimi məsələlərə toxunmuşdur.

Elm şöbəsinin rəhbəri ped.f.d. Sevda İmanova dissertasiya işinin yoxlanılması üçün antiplagiat proqramı haqqında məlumat verib. Həmçinin qeyd edib ki, işlər rəylə birlikdə elektron formada Elm şöbəsinə təqdim olunur və antiplagiat ekspertizası proqramı vasitəsilə yoxlama aparılır.