XƏBƏRLƏR

ADU-da şəhid Elvin Bayramovun xatirəsi yad olunub

26 oktyabr, 2022

ADU-da şəhid Elvin Bayramovun xatirəsi yad olunub

 

 Azərbaycan Dillər Univrsitetində universitetin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Almaniyaşünaslıq ixtisası üzrə məzunu Elvin Bayramovun şəhid olmasının  ildönümü münasibətilə anım tədbiri keçirilib.

Qonaqlar öncə  universitetin giriş zalındakı guşədə şəhidlərimizin şəkilləri önünə gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbəmizdən, adıçəkilən fakültənin  məzun şəhidi  Elvin Bayramovun  ömür və döyüş yolundan danışıb.

Regionşünaslıq kafedrasını müdiri, Professor Sevdagül  Əliyeva şəhid E.Bayramovun müəllimlərinin, tələbə yoldaşlarının və dostlarının onunla bağlı xatirələrindən ibarət qələmə alınmış kitab haqqında məlumat verib. O,  bu kitabdakı xatirələrdən qısa nümunələr və şəkillərdən ibarət təqdimatı iştirakçıların diqqətinə çatdırıb.

 S.Əliyeva adıçəkilən fakültənin  kafedra və tələbələri tərəfindən  şəhid məzunu Elvin Bayramovun ailəsinə hər zaman diqqət və qayğının göstərildiyini də qeyd edib.

Məzun şəhidin müəllimləri-  Əli Mustafayev, Şəfəq Abdullayeva, Leyla Hacıyeva, Səbinə Muradova, Aygün Soltanzadə,   Nigar Rəcəbova,  Asif Abbasov, Emil Qasımov  və  BMR fakültəsinin tyutoru  Mehriban Qurbanova, qrup yoldaşları-  Fatimə Şərifova, Elçin Əzizov, Asif Hümbətov və Vida Abbaszadə  çıxış ediblər.

Onlar şəhid E.Bayramovun tələbəlik illərindəki fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Şəhidin atası İslam Bayramov tədbirin təşkilatçılarına və oğlunun xatirəsini yaşadıqları üçün ADU-nun və fakültənin rəhbərliyinə, müəllimlərə və tələbələrə təşəkkürünü bildirib.

Tədbirdə  şəhid Elvin Bayramov haqqında  “Uşaqlıq illəri”,  “Əl işləri” adlı slaydın  nümayişi olunub.