XƏBƏRLƏR

ADU-da Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib

20 oktyabr, 2022

Azərbaycan Dillər Univesitetində  Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib.

Fakültənin dekanı, professor İbrahim Kazımbəyli görüşün vacibliyindən danışıb, tələbələrə universitetin və fakültənin strateji inkişaf istiqamətləri, maddi texniki baza, mərkəzlər, şöbələr, kitabxana, iaşə obyektləri, tyutorların fəaliyyəti barədə ətraflı məlumat verib.

Dekan universtetin rektoru, akademik Kamal Abdullaya  tələbələr və kollektiv adından onlara yaratdığı şəraitə görə minnətdarlığını bildirib, tələbələrə universitet rəhbərliyinin tələbəyönümlü fəaliyyətindən bəhs edib.  O,  tələbələrə tədris prosesinin təşkili, kredit sistemi, qiymətləndirmə meyyarı, ictimai təşkilatlara tələbələrin cəlb olunması, xaricdə təhsil və s. istiqamətlər haqqında məlumat verib.

Həmçinin tələbələrə nizam-intizam qaydalarına ciddi əməl etməyi, onlara milli köklərimizə bağlı, vətənpərvər, dövlətçiliyə sədaqətli olmağı tövsiyə edib.

Tədbirdə universitetin Keyfiyyətin təminatı və monitorinq şöbəsi, Beynəlxalq əlaqələr şöbəsi, Bakı Amerika Mərkəzi, Kitabxana şöbəsi, Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi, fakültə nəzdində olan kafedra müdirləri, müəllimlər, mərkəz rəhbərləri və digər nümayandələr iştirak ediblər. Onlar öz fəaliyyət istiqamətləri haqqında tələbələrə geniş məlumat veriblər.

Universitetin fakültə  ictimai qurumlarının rəhbəri olan tələbələr də öz fəaliyyət istiqamətləri haqqında danışıblar.

Tədbirdə tələbələri maraqlandıran suallar fakültə dekanı professor İbrahim Kazımbəyli və aid qurumlar tərəfindən cavablandırılıb.

Tədbirin sonunda  I kurs tələbələri universitetdə onlara yaradılan şəraitdən, fakültə dekanlığının münasibətindən məmmunluqlarını dilə gətiriblər.