XƏBƏRLƏR

“Qlobal enerji böhranı dövründə yeni çağırışlar” mövzusunda elmi-praktik seminar keçirilib

05 oktyabr, 2022

Beynəlxalq münasibətlər kafedrasında “Qlobal enerji böhranı dövründə yeni çağırışlar” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı, Doktorantura və Magistratura  şöbəsinin iştirakı ilə təşkil olunmuş elmi-praktik seminarın  moderatoru Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova  giriş məruzəsini etmişdir. Elmi-praktik seminarda Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova, Beynəlxalq münasibətlər kafedrasının doktorantı Şahəstə Mustafayeva və  kafedranın II kurs magistrantı Zərifə Cəfərzadə çıxış etmişdirlər.

Kafedranın dosenti Samirə imanova “Qlobal enerji böhranı və Rusiya – Türkiyə arasında enerji  sahəsində əməkdaşlıq” adlı məruzəsində qlobal enerji böhranının dünya dövlətlərinə təsirindən eləcə də digər dövlətlərlə müqayisədə bu sahədə Rusiya-Türkiyə münasibətərinin daha da yaxınlaşması və bu yaxınlaşmanın səbəbləri haqqında geniş məlumat vermişdir.

Beynəlxalq münasibətlər kafedasının doktorantı Şahəstə Mustafayeva “Rusiya – Ukrayna münaqişəsi və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu” adlı məruzəsində Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olmasından, enerji resurslarının  rəqabət və toqquşmaya deyil,regional və beynəlxalq əməkdaşlığa xidmət etməli olduğundan danışmışdır.

Beynəlxalq münasibətlər kafedrasının II kurs magistrantı Zərifə Cəfərzadə “Rusiya – Ukrayna münaqişəsi fonunda Avropa İttifaqında enerji böhranı” 24 fevral 2022-ci ildə başlayan Rusiya –Ukarayna müharibəsinin qlobal xarakter almasından və başlayan hərbi əməliyyatların Avropa İttifaqının Rusiyadan enerji asılılığını bir daha gündəmə gətirməsindən bəhs etmişdir.

Elmi- praktik seminar iştirakçıların böyük marağına səbəb olmuş və məruzələrlə bağlı geniş müzakirələr aparılmışdır.